Türkiyənin yeni səfiri: Azərbaycanla əməkdaşlığın hər sahədə inkişafına davam edəcəyik
sizinxeber.az xəbər saytı

Türkiyənin yeni səfiri: Azərbaycanla əməkdaşlığın hər sahədə inkişafına davam edəcəyik


“Bu şərəfli vəzifəmizi yerinə yetirəcəyimiz müddətdə Türkiyə ilə Azərbaycanın əməkdaşlığının, dostluğunun və müttəfiqliyinin hər bir sahədə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişafını davam etdirəcəyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün “X” səhifəsində yazıb.

O, həmçinin yeni təyinatı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xarici işlər naziri Hakan Fidana təşəkkür edib.

Qeyd edək ki, B.Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq.

Bundan əvvəl diplomat Türkiyə Maarif Fondunun sədri olub.

Oxşar xəbərlər

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri təyinatı ilə bağlı paylaşım edib
Türkiyənin yeni səfirinin Azərbaycanda vəzifəsinin icrasına nə vaxt başlayacağı məlum olub
Ərdoğan Azərbaycana yeni səfir təyin edib
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin olunub
Birol Akgün Türkiyənin Azərbaycandakı yeni səfiri təyin edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər