Ersin Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirib
sizinxeber.az xəbər saytı

Ersin Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirib


“Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insan tələfatı ilə əlaqədar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətində anım guşəsi yaradılıb və başsağlığı kitabı açılıb. Cəmiyyətin qarşısındakı dövlət bayrağımız yarıya endirilib.

"Report" xəbər verir ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinə gələrək həlak olanlara ehtiramını bildirib, başsağlığı kitabına ürək sözlərini yazıb.

Şimali Kipr Türk Cümhuriyyətində yaşayan soydaşlarımız və ölkəmizin dostları anım guşəsini ziyarət etməkdə davam edir.

Dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi var və həmin evlərdə anım guşələri yaradılıb.

Oxşar xəbərlər

Ersin Tatar təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib
Ersin Tatar Türkiyədə səfərdədir
Ersin Tatar Türk dövlətlərini ŞKTC-ni tanımağa, TDT-yə üzv qəbul etməyə çağırıb
İran Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər