Azərbaycan Prezidenti: "Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik"
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti: "Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik"


"Biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik".

Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dekabrın 27-də artıq bu tələblərin rəsmi qaydada onlara çatdırıldığını söyləyən dövlətimizin başçısı onlara aydınlıq gətirərək bildirib:

"Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib - YENİLƏNİB
Prezident: "Dost ölkə Azərbaycandan vaxtında üzr istəmək görüləsi tədbirlər idi"
Polad Bülbüloğlu: Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur
Azərbaycan Prezidenti: Ermənistan özü Xocalıda törətdiyi vəhşiliyi etiraf etməlidir, bizdən üzr istəməlidir
Artıq ərazimizdə onlara yer yoxdur - Prezident

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər