Azərbaycan səfiri latviyalı deputatlarla ikitərəfli əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan səfiri latviyalı deputatlarla ikitərəfli əməkdaşlığı müzakirə edib


Dekabrın 17-də Azərbaycanın Riqadakı səfiri Elnur Sultanov Latviya Seyminin (parlament) Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupu ilə parlamentlərarası dialoqun mövcud vəziyyətini müzakirə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti bildirib.

“17 dekabrda səfir Elnur Sultanov Latviyanın Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə görüşüb”, – mətbuat xidmətinin sosial şəbəkə hesabında qeyd olunub.

Məlumata görə, tərəflər Azərbaycan – Latviya ikitərəfli və çoxtərəfli əməkdaşlığının, o cümlədən parlamentlərarası dialoqun mövcud vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, oktyabrın 31-də Azərbaycanın Latviyadakı Elnur Sultanov Baltikyanı ölkənin iqtisadiyyat naziri Viktors Valaynislə iki ölkənin ticari-iqtisadi əməkdaşlığının hazırkı vəziyyətini və perspektivlərini müzakirə etmişdi.

Oxşar xəbərlər

Səfir latviyalı nazirlə Bakı və Riqa arasında iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə edib
Azərbaycan və Latviyanın xarici işlər nazirləri əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Bakı və Düşənbə arasında əməkdaşlıq müzakirə edilib
Elnur Sultanov: Azərbaycan COP29-da bütün dünyaya atəşkəslə bağlı çağırış edəcək
Azərbaycanın Ukraynadakı səfiri hindistanlı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər