Fuat Oktay: Azərbaycanın işğaldan azad edilimiş ərazilərində möhtəşəm irəliləyişlər var
Ermənistanın o zamankı hakimiyyəti 1992-ci ildə Xocalıda törətdikləri qətliamı dünyaya tam tərsinə çatdırmağa cəhd edirdilər.
Bunu "Report"un azad olunmuş bölgələrə ezam olunan əməkdaşına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bildirib.
"Çox təəssüf ki, bəzi Qərb ölkələrinin parlamentləri də Ermənistana və erməni lobbisinə dəstək göstərirdilər. Bu gün də Fransa başda olmaqla, bu dəstək davam edir. Türkiyənin müttəfiq dediyi ölkələr də buna qoşulub. Qərbin ikili standartları indi də davam edir. Təsəvvür edin ki, 20 faiz torpağı işğal edilən Azərbaycan olduğu halda, onlar ermənilərin torpaqlarının işğal olunduğu barədə düzgün olmayan fikir formalaşdırmağa cəhd edirdilər. Öz əməllərini diqqətdən yayındıraraq 1915-ci ildə guya Türkiyənin ermənilərə qarşı soyqırım törətməsini iddiasını ortaya atmışdılar. Amma onlar tarixi həqiqətlərin üzə çıxmasının qaçılmaz olduğunu dərk etmirdi. Hazırda həm Azərbaycan, həm də Türkiyə əsaslı sübutlar və səndələrlə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görür", - TBMM-in komitə sədri deyib.
“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərindən danışarkən, F.Oktay bu ərazilərdə aparılan abadlıq və quruculuq işlərini xüsusi qeyd edib:
"Bizim üçün bu səfərdə ən gözəl olan Xankəndinin də, Şuşanın da, Xocalının da, bütün torpaqların azad edilərək Azərbaycanın nəzarətində olmasıdır. Bu ziyarətimizdə Şuşa başda olmaqla, Azərbaycanın işğaldan azad edilimiş ərazilərində möhtəşəm irəliləyişləri gördük. Füzulidən bura gələnə qədər torpaqların becərildiyinin, Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq".
Oxşar xəbərlər
Fuat Oktay: Türkiyə Suriyada terror dövləti qurulmasına icazə verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuat Oktay: Azərbaycanla Ermənistan arasında sülhün təmini Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuat Oktay Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə rəsmisi: Dezinformasiyaların ən acı nümunələrini Azərbaycan yaşayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












