Prezident İlham Əliyevin “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyevin “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub - YENİLƏNİB


Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub.

"Report" xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd etdi. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.

Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi.

20:40

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti Eylin Okonnorun görüşü olub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin Münxendə “The Rockefeller Foundation”ın baş vitse-prezidenti ilə görüşü olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti Münxendə Banqladeşin Baş naziri ilə görüşüb - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Münhendə İlham Əliyev ilə Volodimir Zelenskinin görüşü olub - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti ilə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirinin görüşü olub - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti COP29-da iştirak üçün Banqladeşin Baş nazirini ölkəmizə dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər