Oman səfiri: Azərbaycanla əlaqələri bütün sahələrdə inkişaf etdirmək prioritetlərdəndir
sizinxeber.az xəbər saytı

Oman səfiri: Azərbaycanla əlaqələri bütün sahələrdə inkişaf etdirmək prioritetlərdəndir


Omanın Azərbaycanla əlaqələri bütün sahələrdə inkişaf etdirmək prioritetlərdəndir.

Bunu "Sizinxeber.az"un Türkiyə bürosuna açıqlamasında Omanın Azərbaycan və Türkiyə üzrə qeyri-rezident səfiri Saif Raşid əl-Cavari Ankarada Omanın Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

O, Azərbaycanla Oman arasındakı siyasi və iqtisadı əlaqələri yüksək dəyərləndirdiyini bildirib:

"Yeni diplomatik fəaliyyətim müddətində Omanla Azərbaycan arasında əlaqələri inkişaf etdirmək prioritet təşkil edəcək. Xüsusilə siyasi, iqtisadi, ticarət və texniki əlaqələrin inkişafı diqqət mərkəzində olacaq".

Səfir iki ölkə arasında siyasi münasibətlərin də inkişaf etdiyinə diqqət çəkib:

"Bu yaxınlarda Azərbaycanın Omana yeni səfir təyin etməsi də siyasi əlaqələrin inkişafının göstəricisidir".

Saif Raşid əl-Cavari həmçinin Omanın Bakının ev sahibliliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) böyük heyətlə iştirak etdiyini və bu tədbirin ölkəsində yüksək dəyərləndirildiyini vurğulayıb.

Oxşar xəbərlər

Nazir: İraq Türkiyə ilə əlaqələri inkişaf etdirmək üçün ciddi siyasi iradə ortaya qoymalıdır
"Azərbaycanla əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün çalışırıq" - Türkiyə səfiri
Ərdoğan: Türkiyə Misirlə əlaqələri inkişaf etdirmək istəyir
Cahit Bağcı: Türk dövlətləri ilə ticari-iqtisadi əlaqələri artırmaq əsas hədəfimizdir
Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle