Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib
sizinxeber.az xəbər saytı

Azərbaycan səfiri etimadnaməsini Oman Sultanına təqdim edib


Azərbaycanın Oman Sultanlığına yeni təyin olunmuş səfiri Rəşad İsmayılov etimadnaməsini Oman Sultanı Haitham bin Tariq Al Saidə təqdim edib.

“Report” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında bildirilib.

Oman Sultanı səfiri təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. O, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda uğurla həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib.

O, ikitərəfli əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək Azərbaycan və Oman arasında istər ikitərəfli, istərsə də çoxtərəfli formatda, xüsusilə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsbət əməkdaşlığın davam etdirilməsi, bununla yanaşı, iqtisadi, enerji, təhsil, turizm və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib”, – səfirliyin mətbuat xidməti qeyd edib.

Sultan Bakı şəhərində kecirilən COP29-un qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcəyini qeyd edərək bu çətin və məsuliyyətli ev sahibliyində Azərbaycana uğurlar arzulayıb.

“Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb”, – məlumatda diqqətə çatdırılıb.

Xatırladaq ki, iyunda Azərbaycan Prezidenti Omana yeni səfir təyin etmişdi.

Oxşar xəbərlər

Oman Azərbaycanın qlobal beynəlxalq tədbirlərində yüksək səviyyədə iştirak edəcək
Oman sahillərində zəlzələ olub
Oman rəsmisi: Azərbaycanda keçirilən COP29-dan gözləntim böyükdür
Baş prokuror monqolustanlı, omanlı və bruney həmkarlarıyla görüşüb - YENİLƏNİB-1
Baş prokuror monqolustanlı, omanlı və bruneyli həmkarlarıyla görüşüb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle