Səfir Qüdsi Osmanov Rumıniyanın Patriarxı Daniil ilə görüşüb
sizinxeber.az xəbər saytı

Səfir Qüdsi Osmanov Rumıniyanın Patriarxı Daniil ilə görüşüb


15 noyabrda Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Rumıniyanın Patriarxı Daniil ilə görüşüb.

APA xəbər verir ki, görüşün əvvəlində Rumıniya Patriarxı səfiri qəbul etməkdən məmnunluğunu ifadə edib. Patriarx Daniil Rumıniya ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərinə toxunub, əlaqələrin bir çox sahələrdə inkişafının zəruriliyini qeyd edib. Həmçinin, Rumın pravoslav kilsəsinin rəhbəri pravoslav icma üçün Azərbaycanda xüsusi dini, tarixi və mədəni əhəmiyyət kəsb edən məkanlara ziyarətlərin təşkilinin faydasını qiymətləndirib.

Səfir öz növbəsində, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında mövcud olan həmrəylik, tolerantlıq və dözümlülük mühiti barədə danışıb, dinlərarası dialoqu möhkəmləndirən dövlət siyasəti barədə məlumat verib. Bundan əlavə, diplomat müasir Rumıniya cəmiyyətində, Rumıniya xalqının birliyində Pravoslav Kilsəsinin mühüm rolunu vurğulayıb.

Görüşün sonunda Patriarx Daniil Azərbaycan səfirinə Rumıniyadakı fəaliyyətində uğurlar arzulayıb.

Oxşar xəbərlər

Allahşükür Paşazadə Moskvada Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib
Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin rəhbərinə Qarabağ xalçası bağışlayıb
Allahşükür Paşazadə Patriarx Kirillə Qarabağ xalçası bağışlayıb
Patriarx Kirill: Ekosistemlərin məhvi bəşəriyyətin məhvinə səbəb ola bilər
Azərbaycanla Rumıniya arasında hüquqi əməkdaşlıqla bağlı memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər