Qərbi Azərbaycan Xronikası: “Həyətimizin bir hissəsini Yesxabed adlı Fransa ermənisinə verdilər”
Bu gün "Baku Tv"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı yayımlanıb.
“Sizinxeber.az” xəbər verir ki, “Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər” adlı veriliş İrəvan və vediəsilli Qərbi azərbaycanlı, tanınmış göz həkimi Paşa Musayev-Qəlbinurun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərinin ana yurdu İrəvan şəhərində, qismən isə ata yurdu Qərbi Azərbaycanın Vedi rayonunun Çimən kəndində keçdiyini deyib: “Atam Çimən kəndindən, anam İrəvan şəhərindən olub. Ancaq biz ailə olaraq İrəvanda yaşamışıq. Yadımdadır ki, babamın İrəvandakı böyük mülkündə yuxarıda eyvandan “Neftçi” ilə “Ararat”ın oyununa baxırdım. İrəvan bizim şəhərimiz idi. Erməni məkri, daşnaksütyun ideyaları ilə zaman-zaman deportasiya böyük planla həyata keçirildi. Cəmiyyətdə üst mövqedə olan insanları müəyyən yollarla məcbur köçürdülər”.
Onun sözlərinə görə, ailələri və qohumları 1954-1957-ci illərdə İrəvandan Şəmkirə köçüblər: “Qərbdən, Avropadan, Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər ki, oradakı azərbaycanlıları öz əzəli-əbədi vətənlərindən uzaqlaşdırsınlar. Mənim yadımdadır, qonşuluqda Yesxabed adlı Fransa ermənisi var idi. Qonşunun və bizim böyük həyətimizin müəyyən hissəsini ayırıb onlara verdilər. Onları yerləşdirmək üçün xüsusən azərbaycanlıların torpaq sahələrinin, mülklərinin müəyyən hissəsini Ermənistan hökuməti o vaxt siyasi məkrlə alıb onlara verirdi”.
P.Qəlbinur erməni daşnaklarının vəhşiliklərindən söz açıb, hamilə qadının qarnından uşağı kəsib yerə tökmək, belə qaynayan samovar bağlamaq, insanı eybəcər hala salmaq kimi əməlləri yalnız zəhərlənmiş erməni ideologiyasının təsiri olduğunu deyib.
O bildirib ki, İrəvan bizim ərazimizdir: “Qərbi Azərbaycanın hamısı bizim torpaqlarımızdır. Bizim əzəli-əbədi vətənimizdir. Babamın 7 xiyabanlı mülkü Agestan küçəsində idi. Onun hər bir xiyabanında nəhəng tut ağacları, ərik ağacları var idi. İstəyərəm o nəhəng ağacları, o gilas, tut ağaclarını yenidən görəm. Mən indi də yuxuda çox vaxt İrəvandakı evimizi görürəm. Elə bilirəm ordayıq. İndi dünyanın hansı yerində oluramsa, ora üçün darıxıram, yuxularımda görürəm. Biz ora qayıtmalıyıq, çünki ora vətənimizdir. Bizim ruhumuz yalnız oralara bağlıdır. Mən çox əminəm, özümə inandığım qədər inanıram ki, biz Qarabağa qayıtdığımız kimi, o torpaqlarımıza da qayıdacağıq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş fevralın 2-də saat 19:30-da "Baku Tv"nin efirində və yuyub kanalında yayımlanıb.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: “Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erməni jurnalistdən etiraf: “Bu gün əsl İrəvandan heç nə qalmayıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: “Atam bacılarımı çıxarmaq üçün bağını erməni qonşusuna verdi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: “İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: “Erməni qonşumuz Heydər Əliyevin şəklini evimizdən oğurlamışdı” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












