Azərbaycanın xaricdə yaradılan seçki məntəqələrinin yerləşdiyi ölkələr məlum olub - EKSKLÜZİV
Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycandan kənarda yaradılmış seçki məntəqələrinin yerləşdiyi ölkələrin siyahısı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, məntəqələrin yerləşdiyi diplomatik nümayəndəlik və konsulluqlar İtaliya, Koreya, Qazaxıstan (Astana, Almatı, Aktau), Qətər, Qırğızıstan, Latviya, Litva, Belçika, BƏƏ (Əbu-Dabi, Dubay), Böyük Britaniya, Çin, Çexiya, Estoniya, Fransa, Gürcüstan (Tbilisi, Batumi), İordaniya, İspaniya, İsveç, İsveçrə (Bern), Niderland, Özbəkistan, Pakistan, Polşa, Almaniya, ABŞ (Vaşinqton, Los-Anceles), Avstriya, Səudiyyə Ərəbistanı, Türkiyə (Ankara - 2 məntəqə, İstanbul - 2 məntəqə, Qars), Türkmənistan, Ukrayna, Yunanıstan, İran (Təbriz), Belarus, Moldova, Macarıstan, Rumıniya və Rusiyadadır (Moskva - 2 məntəqə, Sankt-Peterburq, Yekaterinburq).
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində xaricdə olan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər.
Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycanın Gürcüstandakı səfirliyində Məntəqə Seçki Komissiyası yaradılıb
Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda iki seçki məntəqəsi yaradılıb
Azərbaycanın axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı
Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb
Azərbaycan XİN Qarabağdakı qondarma seçkini tanımayan dövlətlərə təşəkkür edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













