Səfir: Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir
Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir və bununla bağlı beynəlxalq səviyyədə göstərilən səyləri də dəstəkləyir.
“Report”un məlumatına görə, bunu Estoniyanın səfiri Vayno Reynart Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub və sülh müqaviləsinin baza prinsiplərini irəli sürüb.
Bu istiqamətdə fəal işin getdiyini bildirən Azərbaycan Prezidenti sülh müqaviləsinin bütün müddəaları üzrə razılaşmaların əldə olunmasının vacibliyini bildirdi, regional sabitliyə xidmət etməsi baxımından bu müqavilənin hər bir müddəasının önəminə toxundu.
Oxşar xəbərlər
Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
İlham Əliyev: Ümid edirik ki, Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək
Prezident İlham Əliyev: "Azərbaycan Ermənistanla dialoqa hazırdır"
Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













