sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan İrana başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.
Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.
Oxşar xəbərlər
Azərbaycan Çexiyaya başsağlığı verib
Azərbaycan XİN Çexiyaya başsağlığı verib
İranda törədilən partlayışlarda yaralıların sayı 211-ə çatıb - YENİLƏNİB-5
İrandakı partlayışlarda Qızıl Aypara Cəmiyyətinin üç əməkdaşı həlak olub
Azərbaycan XİN: “Qardaş Türkiyənin DİN binası yaxınlığındakı terror hücumunu kəskin şəkildə pisləyirik”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













