Ali Radanın hakim partiyadan deputatı Ukraynada yaşayan azərbaycanlılara müraciət edib
Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Yuri Kamelçuk bu ölkədə yaşayan azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Bu barədə deputat “Report”un Şərqi Avropa bürosuna təbrik mətni ünvanlayıb.
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün azərbaycanlıları təbrik edirəm. Bilirəm ki, siz, burada yaşayan azərbaycanlılar, çoxdan Ukrayna cəmiyyətinin bir hissəsi olmusunuz. Bir çoxunuz indi Rusiya ilə müharibədə Ukraynanın ərazi bütövlüyünü müdafiə edirsiniz, özünüz də Rusiya ordusundan əzab görübsünüz və azad olubsunuz. Sizin Azərbaycan ərazisində göstərdiyiniz qəhrəmanlıq Ukrayna üçün nümunədir. Sizin Ukrayna cəmiyyətində möhkəm yer tutmağınız, Ukrayna dövlətinin zənginləşməsi və möhkəmlənməsi üçün iqtisadi və mədəni rolunuzu nə qədər güclü və qüdrətli oynamağınız böyük hörmətə səbəb olur. Azərbaycana və azərbaycanlılara təşəkkür edirəm! Bayramlarınız mübarək olsun!”, – siyasətçi qeyd edib.
Oxşar xəbərlər
Ukrayna parlamentinin deputatı Azərbaycana təşəkkür edib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
Zelenski qadınların hərbi çağırışı ilə bağlı qanunu dəstəkləməyəcək
Ukrayna PUA-larla Rusiya ərazisinə hücum edib
Ukrayna Rusiyanın iki qırıcısını vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













