Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilmiş anti-terror tədbirlərindən bir il ötür. Bu tədbirlə Azərbaycan otuz ildən artıq davam edən haqsızlığa son qoymuş və ölkənin suverenliyini tam bərpa etmişdir. Bu qətiyyətli addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı uzunmüddətli qəsdini sona çatdıraraq beynəlxalq hüququn aliliyini təmin etmişdir.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanmış sistemli mübarizə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla tamamlanmışdır. Otuz il davam edən və tam qələbə ilə nəticələnən bu mübarizə, Azərbaycanda xalq və dövlət arasında birliyin təcəssümüdür.
Azərbaycanın atdığı addımlar təkcə özünün milli maraqlarına xidmət etməmiş, həm də beynəlxalq ədalət prinsiplərini müdafiə etmişdir. Bu, dünyanın xaos və ədalətsizliklərlə dolu olduğu bir dövrdə haqqın və ədalətin nadir təntənəsidir.
Təəssüf ki, bəzi xarici qüvvələr bu nailiyyətləri mənfi işıqda göstərməyə və ikiüzlülük yolu ilə yenidən gərginlik yaratmağa cəhd edirlər. Biz bu qüvvələrdən beynəlxalq hüquq normalarına hörmət etməyi və regionda davamlı sülhə mane olmamağı tələb edirik.
Biz bütün dövlətləri ədalətin bu şanlı qələbəsini alqışlamağa və tarixin bu ağrılı səhifəsinin ləyaqətlə bağlanması üçün Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq.
Oxşar xəbərlər
Prezident: Azərbaycanda “boz zona” ləğv edildi! [xfgiven_updateblue][/xfgiven_updateblue]
“5 gün əvvəl Azərbaycan öz suverenliyini tam təmin edib” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayramovdan Ermənistana çağırış: Seçim edilməlidir! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölkəmiz ili böyük uğurlarla başa vurur [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-un ölkəmizdə keçirilməsi böyük siyasi hadisə olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












