Katuya Vatanabe: Azərbaycanın iqtisadiyyatını yaşıllaşdırmaq səyləri onu yaponiyalı investorlar üçün cəlbedici edir
sizinxeber.az xəbər saytı

Katuya Vatanabe: Azərbaycanın iqtisadiyyatını yaşıllaşdırmaq səyləri onu yaponiyalı investorlar üçün cəlbedici edir


Azərbaycan hökumətinin "yaşıl inkişaf" ilə bağlı səyləri, əlverişli logistik konsepsiyaları Yaponiya şirkətləri üçün cəlbedicidir.

Bunu "Sizinxeber.az"a müsahibəsində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe deyib.

O qeyd edib ki, Yaponiya şirkətlərinin Azərbaycanda əsas investisiyaları neft-qaz, energetika sahəsinə yönəlib:

"Fikrimcə, İNPEX, "İtoçu" şirkətlərinin pay sahibi olduqları "Azəri-Çıraq-Günəşli" neft yatağı və "Bakı-Tbilisi-Ceyhan" boru kəməri layihələrində uzun illərboyu iştirak ölkələrimiz arasındakı xoş ikitərəfli iqtisadi münasibətlərin simvolu olub. Həmçinin Azərbaycan hökumətinin "yaşıl inkişaf" ilə bağlı səyləri, əlverişli logistik konsepsiyalar da yapon şirkətləri üçün cəlbedicidir. Bundan başqa, vizual media və s.-dən istifadə etməklə Azərbaycanın tanıdılmasına, turizm sahəsindəki əməkdaşlıq əlaqələrinin inkişaf etdiriləcəyinə də ümid bəslənir".

Diplomat vurğulayıb ki, 2023-cü il avqustun 4-də “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya qəbul edilib:

"Hazırda sərmayə sazişinin tez bir zamanda imzalanması ilə bağlı hər iki ölkə arasında danışıqlar davam edir. Bu cür səylər ölkələrimiz arasında investisiya mühitini yaxşılaşdırır. Mən bunun sərmayə qoyuluşlarının artmasına gətirib çıxaracağına ümid edirəm".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər

Səfir: Yaponiya Hiroşima kimi Ağdamın da sülh rəmzi olaraq bərpasına yardım etməyə hazırdır - MÜSAHİBƏ
Muxtar Babayev Yaponiya səfiri ilə COP29-a hazırlığı müzakirə edib
Səfir: Yaponiya Azərbaycanda indiyədək 100 milyon dollarlıq qrant yardım proqramı həyata keçirib
"Equinor" Azərbaycandakı layihələrindən birində payını SOCAR-a satmaq üzrə sövdələşməni başa çatdırıb
Səfir: "Qazaxıstan neftinin Bakı-Supsa ilə ötürülməsi tranzit şərtlərindən asılıdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle