Azərbaycanın Efiopiyadakı yeni səfiri etimadnaməsinin surətini XİN-ə təqdim edib
sizinxeber.az xəbər saytı

Azərbaycanın Efiopiyadakı yeni səfiri etimadnaməsinin surətini XİN-ə təqdim edib


Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasına yeni təyin olunan səfiri Ruslan Nəsibov etimadnaməsinin surətini Efiopiya Xarici İşlər Nazirliyinin Protokol Məsələləri üzrə baş direktoru səfir Melaku Bedada Senbetaya təqdim edib.

Azərbaycanın Efiopiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, təqdimatdan sonra aparılan söhbət zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda həyata keçirilən uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin siyasi, iqtisadi-ticari, humanitar və turizm sahələrində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Oxşar xəbərlər

Kəmaləddin Heydərov Naxçıvan FHN-də müşavirə keçirib
MN: Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb - VİDEO
Si Cinpin: Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm
Türkiyənin ixracı ilin sonunadək 255 mlrd. dolları ötəcək
Çin lideri Prezident İlham Əliyevi təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər