XİN rəsmisi: Azərbaycanın İtaliyadan silah aldığı barədə iddia həqiqəti əks etdirmir
“Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səslənən iddia həqiqəti əks etdirmir”.
Sizinxeber.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat konfransında ölkəmizə qarşı səsləndirdiyi iddialara dair şərhində əks olunub.
XİN rəsmisi N. Paşinyanın Azərbaycanın hərbi büdcəsi ilə bağlı dediklərinin də beynəlxalq təşkilatların məlumatları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb:
"Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir. Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir”.
Oxşar xəbərlər
Ayxan Hacızadə: Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırıb
XİN: Ermənistan Baş nazirinin normallaşma ilə ziddiyyət təşkil edən açıqlamaları təəssüf doğurur
Azərbaycan XİN Paşinyanın yalanlarını ifşa edib
Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir
Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
-
Azərbaycana Avropadan turist axını 15 % artıb
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
