Cavid Vəliyev: Bəzi dövlətlər beynəlxalq hüquq məsələsində ikili standartları təbliğ edir
sizinxeber.az xəbər saytı

Cavid Vəliyev: Bəzi dövlətlər beynəlxalq hüquq məsələsində ikili standartları təbliğ edir


Bəzi dövlətlər beynəlxalq hüququn başlıca prinsipləri ilə bağlı ikili standartları təbliğ edir.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.

C.Vəliyev, Niderlandın müstəmləkəsi olan Boneyra adasının əhalisinin uzun illərdir ki, müstəqillik uğrunda mübarizə apardığını vurğulayıb: “Xalqların müstəmləkə asılılığından azad olmaq hüququ beynəlxalq hüququn ən mühüm prinsiplərindən biridir. Bununla belə, bütün dekolonizasiya prosesi özlərini demokratik və liberal ölkələr adlandıran Qərb dövlətləri tərəfindən mürəkkəbləşdirilir”.

Onun sözlərinə görə, belə qənaətə gəlmək olar ki, bu konfrans təkcə Boneyra əhalisinin əsas hüquqlarının pozulmasına deyil, ümumilikdə beynəlxalq hüququn prinsiplərinə həsr olunub.

Oxşar xəbərlər

Bu gün Bakıda neokolonializmə qarşı mübarizə ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Bakıda Niderlandın müstəmləkəçiliyi altında olan Boneyra adasına həsr olunmuş beynəlxalq konfrans keçirilir
İnsan Hüquqları Cəmiyyətinin prezidenti: Boneyra xalqı beynəlxalq dəstəyə güvənir
İnsan hüquqları fəalı: Boneyra xalqı ana dilində danışmaqdan məhrum edilib
BTQ müstəmləkəçilikdən əziyyət çəkən bütün xalqlara dəstək göstərəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər