Baş katib: TDT regional sülh üçün digər dövlətlərlə də əməkdaşlıq edir
Türk Dövlətləri Təşkilatı (TDT) regional sülh üçün digər dövlətlərlə də əməkdaşlıq edir.
“Sizinxeber.az” xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömuraliyev “The Astana Times” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, qurum daxilində əməkdaşlıq 30 müxtəlif sahəni əhatə edir: “Qardaş ölkələrimizi ortaq dil, mədəniyyət, adət-ənənə və tarix birləşdirir. Türk dövlətlərinin rəhbərləri 1990-cı illərdə müstəqilliyin əldə edildiyi ilk günlərdən əməkdaşlığı inkişaf etdirirlər. Təşkilatımızın əsas prioritetləri dövlət başçıları tərəfindən imzalanmış Naxçıvan sazişində öz əksini tapıb. Prioritetlərə tərəflər arasında etimadın möhkəmləndirilməsi, regionda və onun hüdudlarından kənarda sülhün qorunması, xarici siyasət məsələlərində ümumi mövqelərin təşviq edilməsi, beynəlxalq terrorizm, separatizm, ekstremizm və transsərhəd cinayətlərlə mübarizə üzrə fəaliyyətlərin əlaqələndirilməsi, bütün sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi daxildir”.
K.Ömüraliyev bildirib ki, son on ildə üzv dövlətlər ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırıblar: “Biz əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirməyə davam edəcəyik. Əsas prioritetlərdən biri regionda ticarət və investisiyalar üçün yeni imkanlar yaratmaqdır. TDT mədəniyyət və təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməyə sadiqdir. Biz həmçinin ortaq irsimizi qeyd etmək və qorumaq üçün xüsusilə gənclər arasında festivallar, sərgilər və maarifləndirici proqramlar həyata keçiririk. TDT kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və innovasiya kimi sahələrdə əməkdaşlığı genişləndirmək üçün rəqəmsal platformalardan və texnologiyadan istifadə etməyi planlaşdırır”.
Oxşar xəbərlər
TDT-nin Baş katibi: Bakıda keçiriləcək COP29 sammiti perspektivli imkanlar təqdim edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk dövlətləri təhlükəsizlik sahəsində əməkdaşlığı möhkəmləndirməlidir - Qazaxıstan Prezidenti [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT ilə TİKA arasında Anlaşma Memorandumu imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
TDT: Azərbaycanın tərəfdaşlıq və inteqrasiyaya töhfəsi regionda sülh üçün mühüm rol oynayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












