Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Özbəkistan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında mühüm irəliləyişin əldə olunmasını alqışlayır.
Bu barədə “Sizinxeber.az” Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin bəyanatında deyilir ki, dünən Vaşinqtonda tarixi Birgə Bəyannamənin imzalanması Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanın güclü siyasi iradəsi və qətiyyəti, habelə ABŞ Prezidenti Donald Trampın fəal sülhməramlı fəaliyyəti sayəsində mümkün olub.
“Bütün tərəflərin uzun müddətdir davam edən münaqişənin aradan qaldırılmasına yönəlmiş səylərini yüksək qiymətləndiririk. Əminik ki, Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin tezliklə bərqərar olması böyük regionun bütün xalqlarının mənafeyi naminə iri nəqliyyat və infrastruktur layihələrinin başlanmasına zəmin yaradacaq”, - bəyanatda deyilir.
Oxşar xəbərlər
Çexiya XİN: Vaşinqtonda əldə olunan razılaşmalar Cənubi Qafqazda firavanlığa yol açır
Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında imzalanan sənəd davamlı sülhə doğru mühüm addımdır
Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













