Baş nazir Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib
sizinxeber.az xəbər saytı

Baş nazir Əli Əsədov İranın yeni təyin olunmuş Birinci vitse-prezidentini təbrik edib


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Məhəmməd Reza Arefə İran İslam Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda vurğulanıb ki, Azərbaycan Respublikası İran İslam Respublikası ilə ortaq dini-mədəni köklər, qarşılıqlı hörmət və mehriban qonşuluq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verir.

Azərbaycan-İran əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə addımların atılmasına hazırlıq ifadə olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti iranlı həmkarını təbrik edib
Azərbaycan lideri Misir Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İsveçrə Konfederasiyasının yeni seçilmiş prezidentini təbrik edib
İƏT-in Baş katibi Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər