Rəsmi Bakı: Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı: Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır


Azərbaycan və Türkiyə daim bir-birlərinin yanındadır, bu, bundan sonra da belə olacaq.

Sizinxeber.az xəbər verir ki, bunu Türkiyə Səfirliyində “15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirində xarici işlər nazirinin müavini Samir Şərifov deyib.

Nazir müavini bildirib ki, müasir Azərbaycan-Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf edir: “Bu gün müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi və genişləndirilməsi üçün 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi zəmin yaradıb. Təkcə cari ilin 6-7 ayına nəzər alsaq, deyə bilərik ki, 2025-ci il iki ölkə arasında əlaqələr baxımından əlamətdar il olaraq yadda qalacaq. Cari ilin ilk yarısında artıq 5 qarşılıqlı səfər həyata keçirilib”.

Nazir müavini əlavə edib ki, iki ölkə arasında iqtisadi əlaqələr gündən-günə genişlənir, dərinləşir.

Samir Şərifov qeyd edib ki, enerji və logistika sahəsində Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr qlobal enerji təhlükəsizliyini təmin edib: “Tarixinin ən parlaq inkişaf dövrünü yaşayan Azərbaycan-Türkiyə əlaqələri regional və beynəlxalq təşkilatlar çərçivəsində davam edir. Hətta birinin olmadığı platformalarda da Azərbaycan və Türkiyə bir-birinin maraqlarını müdafiə edir”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Nazir Türkiyənin Aİ-yə üzvlük perspektivindən danışıb
Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib
Ərdoğanın Gürcüstana səfəri gözlənilir
XİN: Azərbaycan və Qazaxıstan arasında imzalanmış sənəd münasibətimizin əsasını təşkil edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər