Rusiya postsovet məkanındakı ölkələrin müstəqil siyasət yürütməsini həzm edə bilmir - RƏY
Rusiya postsovet məkanındakı ölkələrin müstəqil siyasət yürütməsini həzm edə bilmir.
Bunu “Sizinxeber.az”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.
Onun sözlərinə görə, Yekaterinburqda Milli Qvardiyanın Xüsusi Təyinatlı Çevik Dəstəsinin (OMON) azərbaycanlıların evinə basqın edib onlara işgəncə verməsi cinayət əməlidir və qəbuledilməzdir:
“Soydaşlarımıza qarşı qeyri-qanuni davranış nümayiş olundu. Azərbaycan-Rusiya əlaqələrində son dövrlər Rusiyanın imperialist təkəbbürü, Qafqazı arxa bağçası kimi görməyə davam etməsi və Azərbaycanın müstəqil, prinsipial siyasəti ilə barışmaq istəməməsi müşahidə olunur. Dekabr hadisəsi ("Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin vurulması - müəl.), ondan sonra Azərbaycana qarşı Rusiya mediasında sifarişli şəkildə həyata keçirilən təxribat, Rusiyada Azərbaycan diasporunun sıxışdırılması və s. onu göstərir ki, rəsmi Moskva Bakıya qarşı təzyiq kampaniyası aparır”.
Ekspert bildirib ki, Rusiyanın imperialist siyasətinin uzantılarını bu gün Ukraynada görmək mümkündür:
“Həmin siyasət 2008-ci ildə Gürcüstana qarşı da yürüdülüb. Yəni Rusiya heç bir halda postsovet məkanındakı ölkələrin müstəqil siyasət yürütməsini, fərqli istiqamətlərə üz tutmasını, müxtəlif əməkdaşlıq platformalarında iştirak etməsini həzm edə bilmir. Azərbaycan daim balanslı, çoxvektorlu siyasət yürüdərək bütün regionlarla əməkdaşlığa üstünlük verdiyi halda, Rusiya tərəfindən biz qarşı xoşagəlməz davranışların şahidi oluruq. Yekaterinburqda törədilən hadisə cinayətdir, araşdırılmalı və məhkəmə qərarı çıxarılmalıdır. Ancaq təyyarəmiz vurulan zaman obyektiv araşdırma aparmadıqları kimi, bunda da belə bir araşdırma aparacaqlarına inanmıram”.
Müsahib vurğulayıb ki, Rusiya Qafqazda fəallaşmaq strategiyası tətbiq edir:
“Çünki Ukraynadakı müharibə səbəbilə Qafqazda müəyyən qədər zəifləmişdi, Qarabağdan ordusunu çıxardıq, ondan sonra Xankəndidə konsulluq yaratmaq istədi ki, buna da icazə vermədik. İndi də çalışır fərqli yollarla təzyiqlərini davam etdirsin. Ermənistana müdaxilə edərək kilsəni ayağa qaldırır, Gürcüstana da daim müdaxilələrinin şahidi oluruq, payızda baş verən hadisələr də bunu deməyə əsas verir. Yəni Rusiya Qafqazı itirmək istəmir, ancaq bu yolda səhv strategiya seçib. Rusiya, ilk növbədə, Qafqaz ölkələrinin etimadını qazanmalı, bərabər səviyyədə ticari-iqtisadi əməkdaşlığa baş vurmalıdır. Amma bunun əvəzinə, “hard power” elementlərindən istifadə edərək Qafqazı özündən uzaqlaşdırır”.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
Oxşar xəbərlər
Azərbaycanlı jurnalistin qardaşları Rusiyada öldürülüb
Deputat: Rusiyada azərbaycanlılara qarşı təqiblər kütləviləşərsə, münasibətlərə zərbə vura bilər
Rusiyada Azərbaycana qarşı qərəzli siyasət aparılır – RƏY
Ukraynalı professor: Azərbaycanlıların Rusiyada öldürülməsi kök salmış şovinizmin təzahürüdür
Tahir Rzayev: “Yekaterinburqda azərbaycanlılara qarşı amansızlıq bağışlanılmaz haldır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir

