Qvineyanın Azərbaycandakı səfiri: Sovetlər dönəmindəki təhsil ənənəsinin aktivləşməsinə ehtiyac var
sizinxeber.az xəbər saytı

Qvineyanın Azərbaycandakı səfiri: Sovetlər dönəmindəki təhsil ənənəsinin aktivləşməsinə ehtiyac var


Azərbaycanda sovetlər dönəmindəki təhsil ənənəsinin aktivləşməsinə ehtiyac var.

Bunu "Sizinxeber.az"un Türkiyə bürosuna müsahibəsində Qvineya Respublikasının Azərbaycandakı Ankarada iqamət edən fövqəladə və səlahiyyətli səfiri Umar Kande deyib.

"Çünki o dövrlə müqayisədə hazırda Azərbaycanda o qədər də çox tələbəmiz yoxdur. Prezident İlham Əliyevə etimadnaməmi təqdim edərkən cənab Əliyev təhsil mübadiləsi çərçivəsində Qvineyadan Azərbaycana gəlib təhsil alacaq tələbələrə dərhal iki təqaüd proqramı ayrıldığını bildirdi. Dövlət başçısı mənə tövsiyə etdi ki, Azərbaycanın iqdisadiyyat, maliyyə, müdafiə, təhsil nazirləri ilə görüşüm. Bu nazirlərlə ölkələrimiz arasındakı əlaqələrin daha yüksək səviyyəyə çatdırmaqla əlaqədar müzakirələrimiz oldu. Bu istiqamətdə mədəniyyət və kənd təsərrüfatı sahəsindəki əlaqələri də gözardı etmirik", - o vurğulayıb.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz!

Oxşar xəbərlər

Qvineya səfiri: Azərbaycanı enerji, təhsil, diplomatiya və ticarət sahələrində strateji tərəfdaş kimi görürük - MÜSAHİBƏ
Emin Əmrullayev Qvineya səfiri ilə görüşüb
İqamətgahı Ankarada olan Somalinin Azərbaycandakı səfiri əməkdaşlıq məsələlərini müzakirə üçün Bakıya səfər edib
Qvineyanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - YENİLƏNİB
Səfir: Qvineya Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi sahəsində təcrübəsini öyrənmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər