Səfir: Qvineya Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi sahəsində təcrübəsini öyrənmək istəyir
sizinxeber.az xəbər saytı

Səfir: Qvineya Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi sahəsində təcrübəsini öyrənmək istəyir


Qvineya Azərbaycanın inkişaf modeli, xüsusən də enerji idarəçiliyi, rəqəmsal idarəetmə və infrastrukturun inkişafı sahələrində təcrübəsini öyrənməyə açıqdır.

Bunu "Sizinxeber.az"un Türkiyə bürosuna müsahibəsində Qvineya Respublikasının Azərbaycandakı Ankarada iqamət edən fövqəladə və səlahiyyətli səfiri Umar Kande deyib.

Onun sözlərinə görə, Qvineya Respublikası Azərbaycan ilə Afrika qitəsi arasında inkişaf edən tərəfdaşlıqda mərkəzi və strateji mövqe tutur. Çünki Qərbi Afrikanın təbii resurslarla zəngin və tarixən əhəmiyyətli ölkələrindən biri kimi Qvineya əməkdaşlığın bu yeni fəslində aparıcı rol oynamaq üçün həm iqtisadi potensiala, həm də siyasi iradəyə malikdir.

"Azərbaycan Qoşulmama Hərəkatı, Cənub-Cənub əməkdaşlığı və inkişafa yardım proqramları kimi platformalar vasitəsilə Afrika ilə əlaqəni gücləndirir. Ölkəniz daha inklüziv qlobal tərəfdaşlığa doğru müsbət dəyişikliyi təmsil edir. Bu çərçivədə Qvineya Azərbaycanla Qərbi Afrika regionu arasında əsas körpü rolunu oynaya bilər. Qvineyanın, həmçinin Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin daha geniş bazarına çıxmaq istəyən Azərbaycan şirkətləri üçün mərkəz rolunu oynaması mümkündür", - səfir qeyd edib.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz!

Oxşar xəbərlər

Qvineya səfiri: Azərbaycanı enerji, təhsil, diplomatiya və ticarət sahələrində strateji tərəfdaş kimi görürük - MÜSAHİBƏ
Emin Əmrullayev Qvineya səfiri ilə görüşüb
Azərbaycan Qvineya-Bisau ilə energetika sahəsində yol xəritəsi hazırlayacaq
Qvineyanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - YENİLƏNİB
Azərbaycan və Qvineya-Bisau XİN-ləri siyasi məsləhətləşmələr keçirəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər