Nazir: Şimali Kiprdə qadınlar daha uzunömürlüdür
Şimali Kiprdə 108 min 190 tələbənin 43,1 faizini qadınlar təşkil edir.
“Report” xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikası Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə məsul nazir və qurum rəhbərlərinin 2-ci iclasında danışıb.
O vurğulayıb ki, Şimali Kiprin əhalisinin 46 faizini qadınlar təşkil edir:
“Qadın sağlamlığını təşviq hesabına ölkəmizdə qadınlar kişilərdən daha uzunömürlüdür. Bizdə qadınların təhsilinə də böyük diqqət göstərilir. Hazırda Şimali Kiprdə 108 min 190 tələbənin 43,1 faizini qadınlar təşkil edir. Ölkəmiz iş həyatında qadın investorlara dəstək göstərərək qadınların biznes mühitində aktiv iştirakını təşviq edir. Qadının cəmiyyətdəki yerini möhkəmləndirmək üçün mütəmadi layihələr həyata keçiririk, çünki qadın güclüdürsə, ailə və cəmiyyət güclüdür”.
Oxşar xəbərlər
Nazir: Şimali Kiprdə təxminən 300 Azərbaycan vətəndaşı sosial təminatla çalışır
Bayraktar: "TEKNOFEST" Şimali Kiprdə də keçiriləcək
Ötən il Azərbaycanda qadın sürücülərin sayı artıb
Sadık Qardiyanoğlu: Qlobal neqativ proseslər ailələri ciddi çətinliklərlə üzləşdirib
Şimali Kipr nümayəndəsi türk dövlətlərinə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
