sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Parlament Rusiya və Özbəkistanla əməkdaşlıq haqqında sazişləri təsdiqləyib
Milli Məclis Rusiya və Özbəkistanla əməkdaşlıq haqqında saziş və müqaviləni ratifikasiya edib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı layihələr Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin təsdiqi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.
Hər iki layihə səsə qoyularaq, bir oxunuşda təsdiqlənib.
Oxşar xəbərlər
Milli Məclisin növbəti plenar iclasında 11 məsələ müzakirə olunacaq
MM Azərbaycanla Moldova arasında readmissiya haqqında sazişi ratifikasiya edib
Milli Məclisin növbəti iclasında 11 məsələ müzakirə olunacaq
Azərbaycan və Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Azərbaycanla Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













