Ərdoğan: Qarabağda işğala son qoyulması ilə bölgədə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı
sizinxeber.az xəbər saytı

Ərdoğan: Qarabağda işğala son qoyulması ilə bölgədə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı




Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı.

Bu barədə fevralın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

Türkiyə lideri qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir:

"Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı.

Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik".

BAKU.WS

Oxşar xəbərlər

Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin yeni ümid mənbəyi olacağı şübhəsizdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB - FOTO/VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan: “Azərbaycanlıların Qarabağdakı ermənilərə münasibəti hər cür tərifdən üstündür” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə lideri: Seçkilərin nəticələrinin qardaş Azərbaycan xalqının rifahına xidmət edəcəyinə ümidvaram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəcəb Tayyib Ərdoğan: “Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər