Ərdoğan: “Azərbaycanlıların Qarabağdakı ermənilərə münasibəti hər cür tərifdən üstündür”
sizinxeber.az xəbər saytı

Ərdoğan: “Azərbaycanlıların Qarabağdakı ermənilərə münasibəti hər cür tərifdən üstündür”


“30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, azərbaycanlıların Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.

Ərdoğan deyib ki, Qarabağda mülki insanlara qarşı həssaslıq nümayiş etdirilib.

“Azərbaycan ordusunun uğurları ilə fəxr edirik. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, yaralılara şəfalar diləyirəm", - Türkiyə lideri qeyd edib.

O, həmçinin regional münasibətlərdən də danışıb:

“Ümid edirik ki, Ermənistan xarici təxribatlara boyun əyməyəcək. Biz qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyirik. Türkiyə ilə dost olan qazanır, düşmən olan uduzur. Dostlarımızın sayını artırmaq üçün bir yol axtarırıq”.

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Naxçıvana gəlib - CANLI YAYIM [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan İlham Əliyevlə danışdı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Azərbaycana başsağlığı verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan Vuçiçlə regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər