Prezident İlham Əliyev: Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur
Biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq.
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə avqustun 19-da məhdud tərkibdə keçirilən görüşdə söyləyib.
Dövlətimizin başçısı bildirib: “Qeyd etmək istərdim ki, biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm də nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk”.
Oxşar xəbərlər
İlham Əliyev: Azərbaycan Rusiya ilə qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnundur
Əli Əsədov səhər mənə məruzə etdi ki... - Əliyev
Prezident İlham Əliyev Rusiyanın Təhlükəsizlik Şurasının katibini qəbul edib - YENİLƏNİB - FOTO
Putin: Azərbaycanla münasibətlər 2022-ci ildə imzalanmış Bəyannamə əsasında inkişaf edir
Azərbaycan Prezidenti: Rusiya ilə İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













