YAP-ın bütün deputatlığa namizədləri qeydə alınıb
sizinxeber.az xəbər saytı

YAP-ın bütün deputatlığa namizədləri qeydə alınıb




Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslər dairə seçki komissiyaları tərəfindən qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə YAP-dan məlumat verilib.

Bildirilib ki, partiyanın 125 seçki dairəsi üzrə təqdim etdiyi bütün namizədlərə artıq qeydiyyat vəsiqəsi verilib.

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı iyul ayının 17-də ictimaiyyətə açıqlanıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.//report

Sizinxeber.az

Oxşar xəbərlər

Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin təqdim edilməsi müddəti başa çatır
Növbədənkənar parlament seçkilərinin təşviqat kampaniyası başlayır
Gələn həftədən parlament seçkilərinin təşviqat kampaniyası başlayır
Deputatlığa namizədliyin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatıb - YENİLƏNİB
Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər