sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
FHN hərbçilərinin aylıq vəzifə maaşları 10 faiz artırılıb
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Oxşar xəbərlər
DSX və SHXÇDX-nın həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb
Bəzi hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı
Azərbaycanda sərhədçilərin aylıq vəzifə maaşları artırılır
Dövlət Miqrasiya Xidmətinin bəzi əməkdaşlarının maaşları 10 faiz artırılıb
Bəzi dövlət orqanlarının dövlət qulluqçusu olmayan mülki işçilərin maaşları artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













