Rövzət Qasımov: Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər
Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər.
“Sizinxeber.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında 94 saylı Ucar seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun saxta sənədlər təqdim etməsi ilə bağlı şikayətə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hansısa şəxs insanları təmsil etmək istəyirsə, seçicilərlə səmimi olmalıdır: "Dairə seçki komissiyaları bu cür məsələlərə diqqətlə yanaşmalıdır. Biz həmişə dairə seçki komissiyalarının namizədlərin xeyrinə, humanist addım atmasını istəyirik. Lakin görünür, bəzi şəxslər bu humanizmdən sui-istifadə edirlər. Belə hallara yol vermək olmaz”.
Oxşar xəbərlər
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq
Elton Məmmədovun deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edilib
Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas
Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













