ANAMA sədrinin müavini BMTİP nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) nümayəndə heyəti ilə görüş keçirib.
"Sizinxeber.az" xəbər verir ki, Azərbaycan ərazisində ANAMA-BMTİP-nin Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzinin yaradılması üzrə BMTİP-nin məsləhətçisi Yan Mansfildin də iştirak etdiyi görüşün başlıca məqsədi həmin Mərkəzin yaradılması və resursların artırılması, eləcə də bu istiqamətdə bilik və bacarıq mübadiləsinin gücləndirilməsinə dair müzakirələrdən ibarət olub.
Görüş çərçivəsində eyni zamanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi, onun aradan qaldırılması istiqamətində əməkdaşlıq imkanlarının artırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib
Ombudsman Cenevrədə beynəlxalq təşkilatın sessiyasında iştirak edib
Azərbaycan və Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Nazir Almaniyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













