ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Kəlbəcərdə baş verən mina hadisəsindən sonra növbəti dəfə əhaliyə çağırış ünvanlayıb.
"Sizinxeber.az" xəbər verir ki, çağırışda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etmələri, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaları və bələd olmadıqları ərazilərə daxil olmamaları qeyd olunub.
Mina təhlükəsi ilə bağlı mütləq riayət edilməli qaydalar aşağıdakılardır:
• Təhlükəli və minalı ərazidə olduğunuzu hiss etdinizsə - DAYANIN, hərəkət etməyin!
• Mina hadisəsinin şahidi olduğunuz halda, həmin yerə yaxınlaşıb kömək etməyə cəhd etməyin, özünüzü təhlükəyə atmayın!
• Dərhal hadisə barədə 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verin!
Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Nəticədə, minaya düşən sakin və ona kömək etmək istəyən daha bir şəxs yaralanıb. Daha sonra hər iki yaralıya kömək etmək istəyən üçüncü sakinin əraziyə daxil olması ilə ikinci partlama baş verib və xəsarət alanların sayı üçə çatıb.
Oxşar xəbərlər
ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda mina partlayışı olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
ANAMA-nın mina partlayışı zamanı xəsarət alan əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: 2020-ci il müharibəsinin bitməsindən indiyədək mina qurbanlarının ümumi sayı 341 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












