Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb


Naxçıvanda müqəddəs Ramazan ayı münasibətilə şəhid ailələri üzvləri və qazilər üçün iftar süfrəsi açılıb.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri də iştirak ediblər.

Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirilib, müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib.

Mərasimdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd ediblər. Bildirilib ki, şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlətimizin siyasətinin vacib istiqamətlərindən biridir. Natiqlər dövlət başçısının şəhid ailələri və qazilərə olan diqqəti, dövlətin bu sahəyə olan qayğısından məmnunluqla danışıblar.

Şəhid ailələrinin üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, iftar süfrəsi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Oxşar xəbərlər

Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda yaşayan ailələrin sayı artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aran zonasında Anım Günü ilə bağlı tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qalıqları dəfn edilən hərbçinin əmisi: Bu iki il ərzində dövlət, şəhid ailələri və qazilər bizi tək qoymadılar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər