Səməd Seyidov: Bərpa proqramı Azərbaycana yeni qaytarılan kəndlərə də şamil olunacaq
sizinxeber.az xəbər saytı

Səməd Seyidov: Bərpa proqramı Azərbaycana yeni qaytarılan kəndlərə də şamil olunacaq


Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı nəzərdə tutulan proqram Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən və Azərbaycana yeni qaytarılan 4 kəndində də həyata keçirilə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu fikirləri TASS-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Mən tam əminəm ki, Qarabağ bölgəsini dirçəltməyə imkan verən unikal proqram, əlbəttə ki, bu kəndlərdə də həyata keçiriləcək, Qazaxın bütün kəndləri kimi onlar da gözəlləşəcək, çiçəklənəcək”, - komitə sədri bildirib.

S.Seyidov hazırda bir çoxu yataqxanalarda məskunlaşan məcburi köçkünlərin bu kəndlərə qayıdacaqlarına əminliyini ifadə edib. Onun sözlərinə görə, Azərbaycanda bərpa proqramları sürətlə həyata keçirilir.

Parlament komitəsinin rəhbəri onu da qeyd edib ki, Ermənistanla sərhədin delimitasiyası prosesi uğurla inkişaf edir.

Oxşar xəbərlər

Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Rusiya ilə Azərbaycan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AŞPA iflasa uğrayan bir təşkilatdır – Səməd Seyidov [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazax sakini: “İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qələbə sevinci yaşadıq” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər