Komitə sədri: Rusiya ilə Azərbaycan arasındakı münasibətlər digər ölkələr üçün nümunədir
Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər sistemi digər ölkələr üçün nümunədir.
"Report" xəbər verir ki, bunu TASS-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, bu gün Moskva və Bakı regionda yeni geosiyasi münasibətlər sistemi yarada biliblər:
“İki ölkə arasındakı qarşılıqlı hörmətə, hər iki dövlətin maraqlarına əsaslanan, beynəlxalq qaydalara və davranış normalarına uyğun olan münasibətləri başqalarına nümunə göstərmək olar”.
S.Seyidov qeyd edib ki, ikitərəfli münasibətləri parçalamaq cəhdləri uğurlu olmayacaq. Rusiya və Azərbaycan öz ortaq tarixlərini yüksək qiymətləndirirlər və keçmişi inkar etmirlər, münasibətlərin gələcək inkişafı üçün ondan dəyərli dərslər çıxarırlar: “Biz müəyyən dairələrin süni şəkildə yaratdığı stereotipi sındırdıq. Onlar deyirdilər ki, Rusiya ilə dost olmaq təhlükəlidir və Azərbaycana etibar etmək olmaz. Hər iki ölkə bir-birinə çox yüksək səviyyədə güvənir. Bu dostluq və etimad həm Rusiya, həm də Azərbaycana konkret praktiki nəticələr verir”.
Milli Məclisin komitə sədri əlavə edib ki, Bakı öz milli maraqlarını unutmadan rus mədəniyyətinə, dilinə və ümumi dəyərlərinə xüsusi münasibət bəsləyir.
Oxşar xəbərlər
Səməd Seyidov: Bərpa proqramı Azərbaycana yeni qaytarılan kəndlərə də şamil olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsidir - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
AŞPA iflasa uğrayan bir təşkilatdır – Səməd Seyidov [xfgiven_updateblue][/xfgiven_updateblue]
Serbiya Milli Assambleyasının sədri: "Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq əlaqələrimiz mövcuddur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












