sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimovla vida mərasimi keçirilir
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan İlqar Şaiq oğlu Rəhimovun meyitinin qalıqları Göyçay rayonuna gətirilib.
“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonunun Müskürlü kəndində ailəsinə təhvil verilib.
Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, İlqar Şaiq oğlu Rəhimov 1973-cü il mayın 13-də Göyçay rayonunun Müskürlü kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.
İ.Rəhimov Müskürlü kənd qəbiristanlığında dəfn olunacaq.
Oxşar xəbərlər
Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidovla vida mərasimi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO
Daha bir naməlum şəhidin kimliyi bilindi (FOTO)
Avtoqəzada həlak olan hərbçi Nihad Namazovun nəşi Tovuz rayonuna gətirilib
Laçında avtomobil qəzasında həlak olan hərbçimizlə Xaçmazda vida mərasimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













