sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidovla vida mərasimi keçirilir
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib.
“Sizinxeber.az”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağsu rayonunun Kalva kəndində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Vurğun Əlamət oğlu Seyidov 1974-cü il yanvarın 1-də Ağsu rayonunun Kalva kəndində anadan olub. O, 1993-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Hacıkənd-Toğana kəndi) itkin düşüb.
V.Seyidov Kalva kənd qəbiristanlığında dəfn olunacaq.
Oxşar xəbərlər
Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi İlqar Rəhimovla vida mərasimi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO
Daha bir naməlum şəhidin kimliyi bilindi (FOTO)
Avtoqəzada həlak olan hərbçi Nihad Namazovun nəşi Tovuz rayonuna gətirilib
Laçında avtomobil qəzasında həlak olan hərbçimizlə Xaçmazda vida mərasimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













