Deputat: Minalar bərpa işlərinin aparılması və əhalinin köçürülməsi prosesini çətinləşdirir
Azərbaycan mina çirklənməsindən əziyyət çəkən ölkələr sırasında ön yerdədir. Ölkənin qarşısında qonşu Ermənistanın işğalından azad etdiyi Qarabağa döşənmiş təxminən 1,5 milyon minanın təmizlənməsi kimi böyük vəzifə durur.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov COP29 çərçivəsində təşkil olunan “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda müzakirədə deyib.
O əlavə edib ki, Lüksemburqdan üç dəfə böyük - 7 min kvadratkilometr ərazidə basdırılmış minalar bərpa işlərinin aparılması və əhalinin köçürülməsi prosesini çətinləşdirir:
"Azərbaycan bu məsələdə kifayət qədər dəstək almır. Azərbaycan öz resursları ilə çox geniş miqyasda minatəmizləmə fəaliyyəti həyata keçirir və uğurlu təcrübə yaradıb. Azərbaycan xüsusi bilik və təcrübə qazanıb, bu sahədə artan təcrübəsini digər ölkələrlə bölüşməyə hazırdır. Onun təcrübəsi və yanaşmaları bütün dünyada həyata keçirilən bu fəaliyyətə dəstək verə bilər. Bu, nəinki təqdirəlayiq nümunə olacaq, həm də bir neçə beynəlxalq donoru buna töhfə verməyə inandıra bilər".
Oxşar xəbərlər
Səbinə Əliyeva dünya ölkələrini iqlim dəyişmələri ilə bağlı insanları məlumatlandırmaq üçün əməkdaşlığa çağırıb
Səbinə Əliyeva Ombudsmanların Beynəlxalq Konfransında iştirak edib
Komitə sədri: Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur
Milli Məclisin komitələrinə sədr seçilib - TAM SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
