Azərbaycan Prezidenti: "Bu gün işğal altında qalan səkkiz kəndin məsələsi daim gündəlikdədir"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə danışıb.
"Sizinxeber.az" xəbər verir ki, dövlət başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib.
“Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, - Prezident İlham Əliyev vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev: "Xalqıma söz vermişdim ki, gün gələcək Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq və bu gün gəldi"
Prezident İlham Əliyev Paşinyanla sülh gündəliyini müzakirə edib
Azərbaycan Prezidenti: “Ermənistanı silahlandıran, növbəti müharibəyə hazırlayan ölkə Fransadır”
İlham Əliyev: "Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik"
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












