Cəlilabadda Vətən müharibəsi şəhidinin adına bulağın açılışı olub
Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Rəfail İşiyevin adına bulağın açılışı olub.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, mərasimdə şəhidin yaxınları, rayon rəsmiləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açıblar. Həmçinin qeyd olunub ki, bu gün şəhidin doğum günüdür.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu olan Rəfail Əhmədağa oğlu İşiyev 4 sentyabr 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. 16 il Azərbaycan Ordusunun sıralarında xidmət edən və 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Rəfail İşiyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd istiqamətində gedən gedən ağır döyüşlərə qatılıb, yaralanmasına baxmayaraq bir müddət müalicə aldıqdan sonra yenidən cəbhəyə yollanıb. O, noyabr ayının 3-də Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Rəfail İşiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Oxşar xəbərlər
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsində itkin düşmüş döyüşçü Füzulidə dəfn edildi + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid atası vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
General Salahov təqaüdə göndərildi - Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












