Polis Akademiyasına 500 nəfər kursant qəbul olunub
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına 2024-cü il üzrə qəbul marafonu yekunlaşıb.
Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Polis Akademiyası 2024-2025-ci il üçün 500 nəfər kursantı qəbul edib. Daxili işlər orqanlarında təhsilə və xidmətə yararlılığı nəzərə alınaraq seçilən 2250 namizəddən 500 nəfər Akademiyanın “Hüquqşünaslıq” ixtisasına qəbul olub.
"Keçid balı 451,9 olub ki, bu da ötən tədris ili ilə müqayisədə tələbə qəbulunun 200 nəfər artırılmasına baxmayaraq keçid balı 12,6 bal yüksəlib. Ən yüksək nəticə 665,7 bal olub, abituriyentlərdən 50 nəfəri 600-dən (ötən illə müqayisədə 36 nəfər çox) yuxarı bal toplayıb. Hal-hazırda bütün kursantlar Akademiyaya dəvət olunub və tədris başlayana qədər onların hazırlıq mərhələsinə başlanılıb", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Polis Akademiyasına 500 nəfər kursant qəbul edilib
Polis Akademiyasına qəbul elan edilib
Bu il Bakı məktəblərinə 2000-dən çox müəllim işə qəbul olunub
Daxili Qoşunların Ali Hərbi Məktəbinə əlavə kursant qəbulu elan edilib
Ötən ay KTM-ə zəhərlənmə ilə bağlı 74 nəfər müraciət edib, onlardan 5-i ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













