Şəhid qızı: Azərbaycan və Türkiyədən olan yaşıdlarımla Naxçıvanda bir araya gəlmək sevindiricidir
sizinxeber.az xəbər saytı

Şəhid qızı: Azərbaycan və Türkiyədən olan yaşıdlarımla Naxçıvanda bir araya gəlmək sevindiricidir


Azərbaycan və Türkiyədən olan yaşıdlarımla Naxçıvandsa bir araya gəlmək çox sevindiricidir.

“Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, bunu Ağbulaq İstirahət Mərkəzində təşkil olunan Azərbaycan və Türkiyədən olan şəhid övladları üçün “Yay düşərgəsi"ndə iştirak edən şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimova jurnalistlərə açıqlamasında deyib.

Şəhid övladı qeyd edib ki, Naxçıvan sakini olaraq, düşərgənin doğma diyarda keçirilməsi onu çox sevindirib:

“Bu dəfəki “Yay düşərgəsi”nə Azərbaycanla yanaşı, Türkiyədən də şəhid övladarı qatılıb. Onlarla bir arada olmaq bizim üçün çox qürurvericidir. Düşərgə müddətində iştirakçılar ölkəmizin bu qədim diyarını doyunca gəzib, tarixini, mədəniyyətini dərindən öyrənmək imkanı qazanacaqlar.

Naxçıvanda yaşayan biri kimi diyarımız barədə bilgilərimi yaşıdlarımla bölüşəcəyəm. İnanıram ki, bu müddətdə doyunca əylənib, xoş anlar keçirəcəyik. Təşkilatçılara təşəkkürümü bildirirəm. Allah Vətən yolunda canını qurban verənlərə rəhmət eləsin”.

Oxşar xəbərlər

Türkiyəli şəhid övladları: Ulu öndərlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
"YAŞAT" Fondunun rəhbəri: Azərbaycan və Türkiyə şəhid ailələri üzvlərinin qarşılıqlı səfərləri davamlı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid olan daha 5 hərbçinin kimliyi bilindi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı şəhidin erməni anası [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaralı hərbçimiz şəhid oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər