Rövzət Qasımov: Bəzi dairələrdə davaya meyilli namizədlərin olduğu müşahidə edilir
Bəzi dairələrdə davaya meyilli namizədlərin olduğu müşahidə edilir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun avqustun 10-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bəzi namizədlər seçkiqabağı təşviqat zamanı öz rəqiblərinə qarşı xoşagəlməz ifadələr işlədirlər:
“Qaynar xətlərimizə də bununla bağlı müraciətlər daxil olur. Bu barədə dairə seçki komissiyaları ilə əlaqələr yaradılır. Bütün namizədlərə çağırış edirik ki, onlardan birinin hüququnun başladığı yerdə digərinin hüququ bitir.
Biz həmişə dairə seçki komissiyalarına da çağırış edirik ki, bütün namizədlərin hüququ qorunsun. Əgər həmin namizədlər sui-istifadə hallarına yol verərlərsə, o zaman qanunun sərt üzünü görəcəklər”.
Oxşar xəbərlər
MSK sədrinin müavini: Seçkiqabağı təşviqat başlayıb, namizədlər kifayət qədər fəaldır
Rövzət Qasımov: Bəzi şəxslər seçki qurumunun humanizmindən sui-istifadə edirlər
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib
Rövzət Qasımov: MSK bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır
Dairə seçki komissiyalarının tərkibi niyə dəyişdirildi? - RƏSMİ AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













