Ramin Məmmədov: Azərbaycanda dini sahədə stabil mühit mövcuddur
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov: Azərbaycanda dini sahədə stabil mühit mövcuddur


Azərbaycanda dini sahədə stabil mühit mövcuddur.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı şəhərinin Suraxanı rayonunda yerləşən “Xanım Fatimeyi-Zəhra” məscidində fəaliyyət göstərən din xadimləri ilə görüşdə deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan ölkə konfessiyalar və məzhəblər arasında münasibətlər baxımından nümunəvidir.

R.Məmmədov söyləyib ki, Prezident İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması milli-mənəvi dəyərlərimizə olan yüksək münasibətin bariz nümunəsidir:

"Ölkəmizdəki sağlam dini mühitin qorunub-saxlanılması baxımından maarifləndirmənin əhəmiyyətinə diqqət çəkən komitə sədri bu istiqamətdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək müvafiq tövsiyələrini verib".

Eyni zamanda komitə sədri ibadət evlərinin fəaliyyəti ilə yerində tanış olmaq üçün məscid, kilsə və sinaqoqları ziyarət etdiyini, bu prosesin ölkənin bütün bölgələrini əhatə edəcəyini deyib. Bildirib ki, ibadət evlərini ziyarət etməkdə məqsəd həm mövcud vəziyyəti əyani şəkildə görmək, həm də din xadimləri, dini icma üzvləri ilə birbaşa müzakirələr aparmaqdır.

Oxşar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu komitə sədri də yola salındı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ramin Məmmədov “Heydər” məscidinin fəaliyyəti ilə tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Prezident İlham Əliyevin din siyasəti: dialoq və əməkdaşlıq” mövzusunda konfrans keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər