Seçki günü Ombudsman Aparatının müstəqil əməkdaşları da müşahidə aparacaqlar
Seçki günü Ombudsman Aparatının müstəqil əməkdaşları da seçki məntəqələrində müşahidə aparacaqlar. Onlar bütün məlumatları Ombudsmana ötürəcəklər.
"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə keçirilən “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada deyib.
Ombudsman qeyd edib ki, səsvermənin gedişinə təsir göstərən hallar aşkarlanarsa, bu barədə dərhal məlumat veriləcək: "Bütün seçkilərin Seçki Məcəlləsinə uyğun həyata keçirilməsi bir daha təsdiq edir ki, ölkəmiz hüquq qanunvericiliyi, milli dövlətçiliyin möhkəmləndirilməsi prinsiplərinə sadiqdir".
Səbinə Əliyeva qeyd edib ki, şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi bütün məntəqələr də Ombudsman Aparatının nəzarətində olacaq: "Bura Bakıda və bütün regionlarda fəaliyyət göstərən hərbi hissələr, Penitensiar Xidmət müəssisələri və s. aiddir".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Oxşar xəbərlər
Vətəndaşların seçki hüququnun təmin olunması ilə bağlı Dəyirmi Masa keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbinə Əliyeva: Seçki məntəqələrində panduslar quraşdırılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK sədri: Azərbaycana gələn bütün müşahidəçilərə seçkiləri izləmək üçün hər cür şərait yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman Səbinə Əliyeva Fəxri mediator diplomu ilə təltif edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbinə Əliyeva Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












