Prezident qeyri-hökumət təşkilatlarının qanun pozuntularına görə yeni cərimələri təsdiqləyib
sizinxeber.az xəbər saytı

Prezident qeyri-hökumət təşkilatlarının qanun pozuntularına görə yeni cərimələri təsdiqləyib


Qeyri-hökumət təşkilatları (QHT) tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair yeni cərimələr müəyyənləşib.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsində dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə cərimə ediləcək.

Eyni zamanda, xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 8 min manatdan 15 min manatadək məbləğdə cərimə ediləcək.

Dəyişikliklə qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5 000 manatadək məbləğdə, hüquqi şəxslər 5 000 manatdan 8000 manatadək məbləğdə cərimə ediləcək.

Oxşar xəbərlər

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir
QHT-lərin göstərdiyi xidmət və işlərə dair yeni tələblər təsdiqlənib
QHT-lərin göstərdiyi xidmət və işlərə dair tələblərin təkmilləşdirilməsi təsdiqlənib
Prezident İlham Əliyev iki qanuna dəyişikliyi təsdiqlədi
Nazirlər Kabineti QHT-lərlə bağlı daha bir qərarına yenidən baxıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər